Türkiyənin Azərbaycandakı səfiri iki ölkənin seçki qurumları arasında əməkdaşlıq qurulmasını təklif edir

Türkiyənin Azərbaycandakı səfiri iki ölkənin seçki qurumları arasında əməkdaşlıq qurulmasını təklif edir
# 20 may 2013 13:42 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşüb. MSK-dan APA-ya verilən məlumata görə, görüşdə M. Pənahov Azərbaycanla Türkiyənin qardaşlıq və dostluğa əsaslanan münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.

Səfir Azərbaycanda çalışdığı dövrdə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini deyib. O, iki ölkənin seçki qurumları arasında yüksək səviyyəli əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış edib. İ. A. Coşkun Azərbaycandakı mövcud seçki sistemi, seçki qurumlarının təşkili prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verilməsini xahiş edib. MSK sədri qardaş ölkənin təmsilçisinə Azərbaycan Respublikasının seçki sistemi və seçki institutlarının fəaliyyəti barədə ətraflı məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR