AB Ukrayna ilə assosiasiya haqqında Sazişin mətni ilə bağlı yeni danışıqlara başlamaqdan imtina edib

AB Ukrayna ilə assosiasiya haqqında Sazişin mətni ilə bağlı yeni danışıqlara başlamaqdan imtina edib
# 04 dekabr 2013 00:35 (UTC +04:00)

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu AB diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maya Kosyançiç bəyan edib.

Onun sözlərinə görə, bundan başqa, Avropa Komissiyası Ukrayna nümayəndə heyətinin dekabrın 4-nə Brüsselə planlaşdırdığı səfərini təsdiqləmir.

Qeyd edək ki, Ukraynanın baş naziri Nikolay Azarov ötən gün bəyan edib ki, Ukrayna nümayəndə heyəti avrointeqrasiya məsələləri ilə bağlı danışıqların aparılması üçün dekabrın 4-də Brüsselə yola düşəcək.

Maya Kosyançiç həmçinin bəyan edib ki, “hazırda Ukrayna üçün kompensasiya məsələsi ilə bağlı AB-də heç bir diskussiya aparılmır”: “Biz Ukrayna ilə assosiasiya və azad ticarət zonası haqqında Sazişin imzalanması ilə bağlı müxtəlif aspektləri müzakirə etmək və Sazişin Ukraynaya gətirəcək konkret faydalarını təfsilatı ilə izah etməyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR