ABŞ dövlət katibi Con Kerrinin Ukrayna müxalifətinin liderləri ilə telefon danışığı olub

ABŞ dövlət katibi Con Kerrinin Ukrayna müxalifətinin liderləri ilə telefon danışığı olub
# 30 yanvar 2014 23:06 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi Con Kerrinin Ukrayna müxalifətinin liderləri ilə telefon danışığında Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyib və böhranın dinc yolla nizamlanmasına çağırıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

“Dövlət katibi Ukraynanın Avropaya inteqrasiyasını dəstəkləyib və demokratiyanı dinc yolla qorumağa çağırıb. O həmçinin 16 yanvar tarixli qanunların ləğv olunmasını qeyd edərək, əldə olunmuş irəliləyişi vurğulayıb”, deyə Psaki qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton hesab edir ki, qarşıdurma zamanı güc tətbiq edən şəxslər məsuliyyətə cəlb olunmalıdır.

“İTAR-TASS”-ın məlumatına görə, Ukrayna müxalifəti və vətəndaş cəmiyyətini Con Kerri ilə telefon danışığında “UDAR” partiyasının lideri Vitali Kliçko, “Svoboda” partiyasının lideri Oleq Tyaqnibok, “Batkivşina” fraksiyasının lideri Arseni Yatsenyuk, estrada müğənnisi Ruslana və Ali Radanın deputatı Pyotr Poroşenko təmsil ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR