Azərbaycan prezidenti Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşüb

Azərbaycan prezidenti Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru ilə görüşüb
# 14 may 2013 16:45 (UTC +04:00)

APA-nın xəbərinə görə, görüşdə baş direktor Yukiya Amano Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verdiklərini, ölkəmizin nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu bildirib.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin təkcə Azərbaycan üçün deyil, region və dünya üçün mühüm əhəmiyyət kəsb etdiyini deyərək qeyd edib ki, Ermənistandakı Atom Elektrik Stansiyasının fəaliyyəti bu baxımdan narahatlıq doğurur. Dövlət başçısı həmin Atom Elektrik Stansiyasının region üçün böyük təhlükə doğurduğunu bir daha diqqətə çatdırıb.


BMT-nin Vyana ofisində görüşlərini başa çatdıran prezident İlham Əliyevi baş direktor Yuri Fedotov yola salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR