QHT Əməkdaşlıq Alyansı prezident seçkisi günü «exit-pol»un keçirilməsi ilə bağlı tender elan edib

QHT Əməkdaşlıq Alyansı prezident seçkisi günü «exit-pol»un keçirilməsi ilə bağlı tender elan edib
# 19 sentyabr 2013 15:29 (UTC +04:00)

Bakı – APA. QHT Əməkdaşlıq Alyansı 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkiləri günü 125 Seçki Dairəsinin 5273 seçki məntəqəsində “exit-pol” aparılmasını nəzərdə tutur.

Qurumdan APA-ya verilən məlumata görə, alyans «exit-pol» keçirilməsi ilə bağlı təcrübəli QHT-lər üçün tender elan edir. Sentyabr ayının 19-dan sentyabr ayının 22-i saat 18.00-a kimi «exit-pol»un aparılmasında təcrübəsi olan QHT-lər Alyansın icra katibliyinə müraciət edə bilər. Elan olunan tarixdən sonra müraciətlər qəbul edilməyəcək. QHT Əməkdaşlıq Alyansı müraciət edən təcrübəli təşkilatların resurslarından yaralanaraq, böyük bir komanda formalaşdıraraq, «exit-pol»un keçirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR