Akademik Milli Dram Teatrında “Qocanı öldürməliyik” adlı yeni tamaşanın premyerası keçiriləcək

Akademik Milli Dram Teatrında “Qocanı öldürməliyik” adlı yeni tamaşanın premyerası keçiriləcək
# 02 dekabr 2013 16:05 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dekabrın 5-də Akademik Milli Dram Teatrında Con Patrikin əsəri əsasında hazırlanmış “Qocanı öldürməliyik” adlı yeni tamaşanın premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, rejissor assistenti Rəfiqə Musayevadır.

Tamaşada əməkdar artistlər Münəvvər Əliyeva, Ayşad Məmmədov, Elşən Cəbrayılov, Vəfa Rzayeva və aktrisa Almaz Amanova çıxış edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR