«Bank Avrasiya» illik mənfəətə çıxıb

«Bank Avrasiya» illik mənfəətə çıxıb
# 03 fevral 2014 14:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 8,865 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin analoji göstəricisindən 27,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın xərcləri 42,2% azalaraq 5,005 mln. manata düşüb.

Bankın hesabatına əsasən, il ərzində «Bank Avrasiya» 1,960 mln. manat həcmində mənfəət əldə edib, halbuki 2012-ci ili bank 1,658 mln. manat həcmində zərərlə başa vurub.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 7,632 mln. manat, qeyri-faiz gəlirləri 1,233 mln. manat, faiz xərcləri 2,611 mln. manat, qeyri-faiz xərcləri isə 2,394 mln. manata bərabər olub. Nəticədə, ötən il bankın faiz mənfəəti 36,4% artaraq 5,021 mln. manat, qeyri-faiz zərəri 13,1% azalaraq 1,161 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR