Elşad İskəndərov İƏT baş katibini qəbul edib - FOTO

Elşad İskəndərov İƏT baş katibini qəbul edib - <span style="color: red;">FOTO
# 06 mart 2014 15:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin əl-Mədənini qəbul edib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İ.İsgəndərov İyad bin Amin Mədəniyə İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi ədalətli mövqeyinə görə də təşəkkürünü bildirib.

Görüşdə Dövlət Komitəsi ilə İƏT arasında fəal əməkdaşlığın davam etdirilməsi istiqamətində konkret layihələr üzrə fikir mübadiləsi aparılıb. Dövlət Komitəsinin dəstəyi ilə ötən il hazırlanmış və artıq Türk Dünyası mədəniyyət paytaxtı olan Əskişəhərdə sərgilənmiş “Azərbaycan - İslam mədəniyyətinin incisi” sərgisinin bu il İƏT baş qərargahında nümayiş etdirilməsi, eyni zamanda təşkilata üzv ölkələrdə təqdimatının birgə keçirilməsi ilə bağlı razılıq əldə olunub. İyad əl-Mədəni dünya ölkələrində, xüsusən də Təşkilata üzv olan İslam ölkələrində müxtəlif məzhəblər arasında yaranan qarşıdurmalar, xüsusilə də təkfirçi və ekstremist qüvvələrin aktiv fəaliyyəti, o cümlədən islamofobiyanın mövcudluğundan danışıb, həm islamofobiya, həm də ekstremist dünya görüşü ilə birgə mübarizənin əhəmiyyətini önə çəkib.

Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyini vurğulayan İyad əl-Mədəni ölkəmizin dini tolerantlıq sahəsindəki təcrübəsinin digər müsəlman ölkələrində tətbiq edilməsinin vacibliyini bildirib. Baş katib dövlət-din münasibətləri sahəsində birgə təcrübənin paylaşmasının əhəmiyyətini vurğulayaraq İƏT-ə üzv ölkələrin din siyasəti ilə məşğul olan dövlət qurumlarının rəhbərlərinin birgə konfransının təşkil edilməsi təklifini irəli sürərək, bu tədbirin Azərbaycanda keçirilməsi məsələsini qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR