Azərbaycan FAO-nun xüsusi mükafatına layiq görülüb

Azərbaycan FAO-nun xüsusi mükafatına layiq görülüb
# 15 iyun 2013 10:02 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzə subregional koordinatoru Mustafa Sinaser bildirib.

Onun sözlərinə görə, 2000-ci ildə BMT-nin Baş Assambleyasında 185 ölkənin iştirakı ilə qəbul olunmuş “Minilliyin İnkişaf Məqsədləri”ndən 1-cisi - “aclığın yarıya qədər azaldılması”na dünyanın 20 ölkəsi nail olub, 18 ölkə isə həm bu məqsədə, həm də 1996-cı ildə dünyanın 180 ölkəsinin iştirakı ilə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə nail olub. Azərbaycan yüksək nailiyyət əldə etmiş 18 ölkə sırasındadır.

M.Sinaser Azərbaycan dövlətinin bu ali mükafata layiq görülməsini prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin təzahürü olduğunu vurğulayıb. Bu münasibətlə FAO-nun 15-22 iyun 2013-cü il tarixlərində Roma şəhərində keçiriləcək konfransı zamanı “Minilliyin İnkişaf Məqsədləri”nə və Dünya Ərzaq Sammitinin məqsədinə nail olmuş 38 ölkə tərəfindən əldə olunmuş nailiyyəti qeyd etmək məqsədilə iyunun 16-da xüsusi tədbir təşkil olunacaq. Tədbirdə FAO-nun baş direktoru Joze Qratsiano da Silva həmin ölkələrin başçılarına və ya hökumətlərin rəsmi nümayəndələrinə əldə etdikləri nailiyyətə görə təşkilatın xüsusi mükafatını təqdim edəcək. FAO-nun Avropa üzrə Regional Konfransının sədri qismində FAO Konfransında iştirak edəcək Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasova bu mərasimdə iştirak etmək və ölkə üçün ayrılmış mükafatı almaq üçün ölkə başçısı tərəfindən xüsusi səlahiyyət verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR