Bakıda torpaqların qiymətləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - FOTO

Bakıda torpaqların qiymətləndirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 09 dekabr 2013 09:06 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda «Torpaqların qiymətləndirilməsi, onun ölkə üçün əhəmiyyəti, problemlərin həlli» adlı beynəlxalq konfrans işə başlayıb. Tədbir «Torpağın Avropa Birliyinin qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək» adlı Tvinninq layihəsi çərçivəsində təşkil olunub.

«APA-Economics»in məlumatına görə, konfransın açılış mərasimində çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov bildirib ki, bu tədbirin məqsədi müasir praktikanın müzakirəsi və müqayisəsi, torpaqların Avropa standartlarına uyğun olaraq qiymətləndirilməsi metodologiyalarının təkmilləşdirilməsi istiqamətində ən yaxşı beynəlxalq təcrübənin institusional qaydada öyrənilərək ölkədə tətbiq edilməsidir.


Qeyd edək ki, bu layihə çərçivəsində Azərbaycanda iki pilot ərazi (Abşeron şəhər kadastrı timsalında Xırdalan şəhəri və kənd kadastrı timsalında Saray qəsəbəsi) seçilib. Bu ərazilərdə torpaqların qiymətləndirilməsində rol oynayan bütün meyarlar öyrənilib, sistemləşdirilib və onların kadastr qiymətləndirilməsi xəritələri tərtib olunub.

Beynəlxalq konfrans iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR