Ağsaqqallar Şurası Heydər Əliyevin xatirəsinə həsr olunmuş toplantı keçirib - FOTO

Ağsaqqallar Şurası Heydər Əliyevin xatirəsinə həsr olunmuş toplantı keçirib - <span style="color: red;">FOTO
# 07 dekabr 2013 13:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Ağsaqqallar Şurası ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş geniş toplantı keçirib. APA-nın «AzərTAc»a istinadən verdiyi məlumata görə, Şura üzvlərinin, bütün rayonlardan ağsaqqalların və gənclər təşkilatlarının nümayəndələrinin iştirak etdikləri tədbirdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilib.

Tədbirdə Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdirinin müavini Ərəstun Mehdiyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə və akademik Teymur Bünyadov çıxış edərək Heydər Əliyevin xidmətlərindən danışıblar.

Tədbirdə vurğulanıb ki, H. Əliyev siyasi bacarığına, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq milləti parçalanmaqdan, ölkəni məhv olmaqdan qurtarıb. Tez bir zamanda Azərbaycanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olub.

Toplantıda, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR