Adil Qəribov: “Bakı və Abşeron yarımadası radiasiya fonu normaldır”

Adil Qəribov: “Bakı və Abşeron yarımadası radiasiya fonu normaldır”
# 08 noyabr 2013 14:45 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov APA-ya açıqlamasında deyib ki, Bakı və Abşeron yarımadası radiasiya fonu normaldır və tamamilə əlverişli şərait var. Onun sözlərinə görə, müəyyən ərazilərdə olan lokal çirklənmələr və ya neft-qaz əməliyyatları elə də yüksək radiasiya fonu yaratmır. A. Qəribov qeyd edib ki, radiasiya fonu daha çox dağ rayonları və sənaye inkişaf etmiş şəhərlərdədir: “Dağ rayonlarında radiasiya fonunun çox olması dağ süxurlarının üzdə olması ilə əlaqədar. Bir də sənaye inkişaf etmiş şəhərlərdə tullantıların sayəsində radiasiya fonu çox ola bilər”.

Radiasiya fonu çox olan ərazilərdə bu halların insan sağlamlığına təsiri məsələsinə gəlincə, institut direktoru qeyd edib ki, burada fərqli nəticələr müşahidə edilir: “Belə ki, radiasiya faktorlarının təsiri daha çox ehtimal olunan rayonlarda insanlar daha uzunömürlü olur. Bütün dağ rayonlarında - Lerik, Yardımlı kimi rayonlarda ölkənin ən uzun adamlı insanları yaşayır. Hər halda radiasiyanın insan sağlamlığına hansı formada təsir etməsi bütün respublika ərazisi üzrə tədqiq olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR