Əbülfəs Qarayev: “UNESCO-nun komitə iclasının Bakıda keçirilməsi ictimai-mədəni həyatımızın mühüm tədbirlərindən biridir”

Əbülfəs Qarayev: “UNESCO-nun komitə iclasının Bakıda keçirilməsi ictimai-mədəni həyatımızın mühüm tədbirlərindən biridir”
# 02 dekabr 2013 09:01 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Bu sessiyanın Bakıda keçirilməsi bizim ictimai və mədəni həyatımızın mühüm tədbirlərindən biridir. Bir neçə gün davam edən tədbirlər çərçivəsində Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunacaq. Konvensiyaya 156 ölkə qoşulub. Bu ölkələrdən 780 nümayəndə iştirak edir”. Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası zamanı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, gündəlikdə olan məsələlər dörd sahə üzrə 19 maddədən ibarətdir.

Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev isə sessiya iştirakçılarını Azərbaycanda qarşılamaqdan məmnun olduqlarını söyləyib və tədbirin Bakıda keçirilməsini yüksək qiymətləndirib. O, prezident İlham Əliyevin təbrik məktubunu oxuyub.

Daha sonra tədbirdə UNESCO-nun baş direktoru İrina Bokovanın videomüraciəti səslənib. İ. Bokova müraciətində mədəni irsin qorunması sahəsində Azərbaycanın fəaliyyətini yüksək dəyərləndirib. O bəyan edib ki, Azərbaycan Böyük İpək Yolunda mədəniyyət mərkəzi kimi böyük tarixə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR