Bakıda aqrar-sənaye kompleksinin inkişafı strategiyasına dair beynəlxalq donor təşkilatların rəyi müzakirə olunub

Bakıda aqrar-sənaye kompleksinin inkişafı strategiyasına dair beynəlxalq donor təşkilatların rəyi müzakirə olunub
# 02 may 2014 15:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşüb.

APA-Economics”in xəbərinə görə, görüşün məqsədi “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsinə dair beynəlxalq donor təşkilatların təqdim etdiyi ümumiləşdirilmiş rəyin müzakirəsi olub.


H.Əsədov subsidiyaların verilməsində şəffaflığın təmin olunması üzrə müəyyən işlərin görüldüyünü, texnika və gübrə ilə təminatında müəyyən güzəştlərin yaxın günlərdə olacağını bildirib. O, aqrar sənayedə kompleks qiymətləndirmənin aparılmasını və gələcək istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Hazırlanan bu siyasi sənəd əsasında gələcək fəaliyyət sənədinin hazırlanmasını nəzərə çatdırıb.


Çıxış edən Avropa İttifaqı, FAO, Dünya Bankı, Oxfam, USAİD, İFC və SECO-nun nümayəndələri təqdim olunmuş sənədin bölmələri üzrə təhlillər apardıqlarını, aqrar-sənaye kompleksinin inkişafı strategiyası sənədinin daha da mükəmməlləşməsi üçün öz tövsiyələrini bildiriblər.


H.Əsədov qeyd olunan tövsiyələri nəzərə almaqla, sənədin yenidən işlənməsini, qısa zamanda bir daha müzakirə olunmasını nəzərə çatdırıb və öz məsləhət və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR