Azərbaycan prezidenti əlcəzairli həmkarını təbrik edib

Azərbaycan prezidenti əlcəzairli həmkarını təbrik edib
# 25 aprel 2014 13:44 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti Əbdüləziz Buteflikanı yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Hörmətli cənab prezident, Əlcəzair Xalq Demokratik Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycanla Əlcəzair arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əlcəzair xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR