Azərbaycanın Pakistandakı səfiri bu ölkə Milli Assambleyasının sədri vəzifəsinin icraçısı ilə görüşüb - FOTO

Azərbaycanın Pakistandakı səfiri bu ölkə Milli Assambleyasının sədri vəzifəsinin icraçısı ilə görüşüb - <span style="color: red;">FOTO
# 13 mart 2014 12:41 (UTC +04:00)

Bakı – APA. Martın 13-də Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Pakistan İslam Respublikası Milli Assambleyasının sədri vəzifəsini icra edən Murtaza Caved Abbasini ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə səfir iki ölkə arasında mövcud olan dostluq münasibətlərindən söz açaraq Dağlı Qarabağ məsələsi də daxil olmaqla, bütün məsələlərdə Pakistanın Azərbaycana indiyə kimi verdiyi dəstəklə əlaqədar həmsöhbətinə təşəkkür edib. O, Azərbaycan xalqının da daim Pakistanla birlikdə olduğunu deyib.

D. Şikarov Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu haqqında məlumat verərək Pakistan parlamentinin yuxarı palatası tərəfindən qəbul edilmiş, Xocalı soyqırımını tanıyan, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğal olunmuş Azərbaycan torpaqlarından Ermənistanın qeyd-şərtsiz çıxmasını tələb edən 01.02.2012-ci il və 05.10.2013-cü il tarixli qətnamələrə görə minnətdarlığını bildirib.

M. C. Abbasi isə səmimi dostluğa arxalanan və strateji xarakter daşıyan münasibətlərin bütün sahələrdə dinamik inkişaf etdiyini, Pakistanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı birmənalı dəstəklədiyini söyləyərək işğal olunmuş Azərbaycan torpaqları azad olunmayana qədər ölkəsinin Ermənistanı tanımayacağını bildirib. O, Pakistan parlamentində Pakistan-Azərbaycan dostluq qrupunun təsis edildiyini və bu qrupun ilk iclasının aprel ayında keçiriləcəyini vurğulayaraq, Azərbaycanın səfirini bu iclasa dəvət edib.

M.C. Abbasi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistanın bütün əyalətlərində təhsil, səhiyyə və humanitar sahələrdə həyata keçirdiyi irimiqyaslı humanitar layihələrə görə minnətdarlığını da ifadə edib və bunun Pakistan xalqı və rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR