Rusiyada kömür mədənində uçqun baş verib

Rusiyada kömür mədənində uçqun baş verib
# 17 mart 2014 18:54 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Kuzbass vilayətindəki “Krasnoqorskaya” mədənində uçqun baş verib.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, yerin altında təqribən 17 şaxtaçı qalıb.

“İlkin məlumatlara görə, mədəndə 57 nəfər, uçqun zonasında - 17 nəfər var”, - Kemerovo vilayəti üzrə FHN regional idarəsindən bildirilib.

Hadisə yerində operativ-əməliyyat tədbirləri başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR