Azərbaycanda RSI indeksi kəskin artıb

Azərbaycanda RSI indeksi kəskin artıb
# 24 yanvar 2014 08:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin dekabr ayı üzrə 152,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici noyabr ayının indeksindən 62,2 faiz bəndi çoxdur.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Ötən ilin dekabr ayında ümumi pərakəndə dövriyyəsi 2 431,0 mln. manat, noyabrda isə 1 593,5 mln. manat olub.

Göründüyü kimi, indeks 100% həddini üstələyib, bu isə dekabrda pərakəndə ticarət həcminin noyabrla müqayisədə artmasını göstərir. Qeyd edək ki, dekabrda pərakəndə ticarət dövriyyəsinin kəskin artması ənənəvi haldır və Yeni İl bayramı ilə bağlıdır. Məsələn, 2012-ci ilin dekabrında dövriyyə aylıq müqayisədə 47% artıb.

Ümumilikdə, ötən il pərakəndə ticarətin həcmi 19,656 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 9,9% çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR