Bərdədə maşın dirəyə çırpılıb, iki nəfər xəsarət alıb - VİDEO

Bərdədə maşın dirəyə çırpılıb, iki nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 13:44 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdədə avtomobil işıqlandırma dirəyinə çırpılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Bərdə rayon sakini Səməd Aslanovun idarə etdiyi “VAZ 2107” markalı, 90 NL 973 dövlət nömrə nişanlı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə sürücü və onun sərnişini Gülnar Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR