DSX tərəfindən Azərbaycanın dövlət sərhədini pozduğu üçün 28 nəfər saxlanılıb

 DSX tərəfindən Azərbaycanın dövlət sərhədini pozduğu üçün 28 nəfər saxlanılıb
# 06 noyabr 2013 12:42 (UTC +04:00)

Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Saxlanılanlardan 11 nəfər Azərbaycan, 10 nəfər Özbəkistan, 3 nəfəri Əfqanıstan, 2 nəfəri Türkiyə, 1 nəfər İran və 1 nəfər Tacikistan vətəndaşı olub. Rejim qaydalarını pozarkən quru sərhədlərində 10 halda 26 nəfər, Xəzər dənizində isə 34 halda 50 nəfər saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 254 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə tədbirləri nəticəsində isə 40 halda ümumi dəyəri təqribən 67,8 min manat təşkil edən qaçaqmal, habelə 3 ədəd pnevmatik tapança, 1 ədəd 4.5 mm-lik pnevmatik avtomat, ov tüfəngi üçün 4,3 kq qırma, 50 kq barıt, 131 ədəd patron, 8 ədəd dəyənək, 9 ədəd qandal, 7 ədəd beşbarmaq, 3 ədəd minaaxtaran cihaz, 21,5 kq zinət əşyaları, 3259 qutu siqaret, 80 ədəd mobil telefon və. s əşyalar götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR