Ucarda çörək bişirmə və şirniyyat sexlərində, dönərxanalarda reyd keçirilib - FOTO - VİDEO

Ucarda çörək bişirmə və şirniyyat sexlərində, dönərxanalarda reyd keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 13 noyabr 2013 16:31 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti tərəfindən Ucar rayonunda fəaliyyət göstərən çörək bişirmə və şirniyyat sexlərində, dönərxanalarda reyd keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Ucar şəhəri Heydər Əliyev prospekti-21 ünvanında sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxs Elxan Qurbanova məxsus çörəkbişirmə sexində dövlət nəzarəti aparılıb.

Reyd zamanı müəssisənin qanunvericiliyin tələblərinə zidd olaraq istehsal olunan məhsul üçün müvafiq qaydada təsdiq olunmuş reseptura və texnoloji təlimat olmadan fəaliyyət göstərdiyi, çörəkbişirmə sexində gigiyena və sanitar norma və qaydalara əməl olunmadığı, istehsalda tələb olunan uyğunluq və gigiyenik sertifikatları və ölçmə vasitəsinin müqayisəli dövlət yoxlanışından keçməmiş istifadə olunduğu aşkarlanıb. Həmçinin yoxlama zamanı müəssisədə sabit keyfiyyətli məhsul istehsalı üçün sanitar norma və qaydaların tələblərinə cavab verən şərait olmayıb.

Reyd zamanı sexdə istehsal sahəsinin şəraiti yolverilməzdir, xammalın - unun, duzun, yağın saxlanma şəraitində nöqsanlar aşkar edilib. İstehsal prosesində natəmizlik qeydə alınıb. Müəssisədə su filtrizasiyadan keçirilmədən birbaşa istehsalatda istifadə olunur. Bişirilmiş çörəyin saxlanılmasında və satış üçün daşınmasında normativ tələblər qorunmur. Mütəxəssislərin sözlərinə görə, çörək rəflərə yığılmır və üstü örtülmür. Çörək natəmiz şəkildə saxlanılan minik maşının oturacağının üstündə və yük yerində daşınır. Aşkar olunan nöqsanlara görə fiziki şəxs Elxan Qurbanovun rəhbərlik etdiyi müəssisədə çörək istehsalı və satışı qadağan edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Dövlət Nəzarəti Xidməti tərəfindən həmin çörəkbişirmə sexinə iradnamə və tələbnamə verilib, Müəssisəni 1500 manatdan 2000 manatadək cərimə gözləyir. Əgər müəssisə aşkar edilən nöqsanları aradan qaldırmadan qeyr-qanuni şəkildə fəaliyyətə başlayarsa, yenidən cərimə ediləcək. Daha sonra Xidmət tərəfindən Ucar şəhərində şirniyyat sexində və dönərxanada reyd keçirilib. Orada aşkar edilən nöqsanların aradan qaldırılması üçün sahibkarlıq subyektlərinə xəbərdarlıq edilib.

Rayonda bu cür müəssisələrdə reydlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR