ASAN Könüllülüləri Gənclər Təşkilatının I Qurultayı keçirilib - FOTO

ASAN Könüllülüləri Gənclər Təşkilatının I Qurultayı keçirilib - <span style="color: red;">FOTO
# 19 dekabr 2013 10:32 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün ASAN Könüllülüləri Gənclər Təşkilatının I Qurultayı keçirilib.

APA-nın məlumatına görə, qurultayda açılış nitqi ilə çıxış edən Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov ASAN xidmətin yaranması, fəaliyyətinin genişlənməsi, bu istiqamətdə görülən işlər barədə danışıb.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin rəhbəri İnam Kərimov da çıxışında ASAN xidmət mərkəzlərinin fəaliyyətindən söz açıb.


2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarında könüllülərin rolu mövzusunda isə gənclər və idman nazirinin müavini İntiqam Babayev nitq söyləyib.

Prezident Administrasiyası siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun isə “Gənclərin karyera inkişafında könüllülük fəaliyyətinin rolu” mövzusunda məruzəsi dinlənilib.

Millət vəkili Ceyhun Osmanlı, ASAN Könüllüləri Gənclər Təşkilatının baş katibi Vəfa Qubadova və ASAN Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı da qurultayda çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR