Moskvada kafedə atışma olub, kafenin Azərbaycandan olan inzibatçısı başından yaralanıb

Moskvada kafedə atışma olub, kafenin Azərbaycandan olan inzibatçısı başından yaralanıb
# 13 oktyabr 2013 10:41 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident oktyabrın 12-də Klyuçevaya küçəsi, 10-1 ünvanında yerləşən kafedə baş verib.

Müəyyən edilib ki, naməlum şəxslər kafeyə daxil olaraq, bir neçə dəfə atəş açıblar. Atışma zamanı kafenin Azərbaycandan olan inzibatçısı başından güllə yarası alıb. Hadisəni törədənlər üç maşında ərazidən uzaqlaşıblar.

Faktla bağlı araşdırma aparılır, hadisəni törədən naməlum şəxslər axtarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR