Ərdoğan həbsdə olan kürd döyüşçülərinin əfv edilə biləcəyinə işarə edib

Ərdoğan həbsdə olan kürd döyüşçülərinin əfv edilə biləcəyinə işarə edib
# 16 noyabr 2013 23:48 (UTC +04:00)

Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan həbsdə olan kürd döyüşçülərinin amnistiya ediləcəyini istisna etməyib. APA-nın “Hürriyyət” qəzetinin saytına istinadən verdiyi məlumata görə, Ərdoğan belə bir bəyanatla Diyarbəkirdə İraqın Kürd müxtariyyatının rəhbəri Məsud Bərzani ilə görüşü zamanı çıxış edib.

“Biz yeni Türkiyəni görəcəyik. İndi dağlarda olanlar yerə enəcək, həbsxanalar boşalacaq və Türkiyənin 76 milyon vətəndaşı bir olacaq”, -deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR