Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Avropa Baptistlər Federasiyasının sabiq sədri ilə görüşüb - FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr əvəzi Avropa Baptistlər Federasiyasının sabiq sədri ilə görüşüb - <span style="color: red;">FOTO
# 22 may 2014 09:10 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr əvəzi Səyyad Salahlı (Aran) Avropa Şurasının Moldovadan olan üzvü, AŞPA-nın sosial, səhiyyə və davamlı inkişaf məsələləri üzrə komissiyasının sədri, Avropa Baptistlər Federasiyasının sabiq sədri Valeriu Qiletsini qəbul edib.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə S. Salahlı Azərbaycanda mövcud olan dini tolerantlığın yüksək səviyyəsi və dini dözümlülüyün təşviqi məqsədilə dövlət tərəfindən görülən işlər barədə qonağı məlumatlandırıb.

Qonaq bu istiqamətdə görülən işlərin beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini vurğulayıb, həmçinin Azərbaycanda xristian baptist icmasının vəziyyəti ilə maraqlanıb.

Dövlət Komitəsinin rəsmisi bu barədə qonağa ətraflı məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR