Azərbaycan şirkətləri Türkiyədə keçiriləcək beynəlxalq qida və içki sərgilərində iştiraka dəvət edilir

Azərbaycan şirkətləri Türkiyədə keçiriləcək beynəlxalq qida və içki sərgilərində iştiraka dəvət edilir
# 18 dekabr 2013 13:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə beynəlxalq ixtisaslaşmış qida və «Anfaş Bevex-3» ixtisaslaşmış içki sərgiləri keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, sərgilər fevralın 17-20-də Antalya şəhərində baş tutacaq.

Sərgilərdə Türkiyə şirkətləri ilə yanaşı Yaponiya, Almaniya, Hollandiya, Rumıniya və Belçikadan olan və Türkiyə bazarına daxil olmaq istəyən istehsalçı şirkətlər iştirak edəcək. Bundan başqa, sərgilərə İraq, Kosovo, Belarus, Makedoniya, Rusiyanın qida və içki istehsal edən şirkətlərinin qatılacağı gözlənilir.

Sərgilərdə turizm sektorunu əhatə edən, həmçinin turizm sahəsi üçün xidmət göstərən qida və içki istehsalçı şirkətlərinin də nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, sərgilərdə iştirak edəcək qonaq şirkətlərin təmsilçiləri üçün nahar və yerləşmə xərcləri təşkilatçı tərəfdən ödəniləcək. Azərbaycan şirkətləri də sərgidə iştirak etməyə dəvət edilir. Sərgidə iştirak etmək istəyən Azərbaycan şirkətləri Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR