Dünya şöhrətli tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib - FOTOSESSİYA

Dünya şöhrətli tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib - <span style="color: red;">FOTOSESSİYA
# 21 fevral 2014 20:45 (UTC +04:00)

APA-nın məlumatına görə, məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri və baş dirijoru Viktor Babarikinin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

A.Safina Bakıda təşkil olunan ilk konsertində tamaşaçılara unudulmaz anlar yaşadıb. İki saatlıq proqramda azərbaycanlı pərəstişkarları üçün ifa etdiyi “Luna”,“Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur mahnıları sürəkli alqışlarla qarşılanıb.

A.Safina çıxışında bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və Bakının möhtəşəmliyinə, gözəlliyinə valeh olub. Məşhur ifaçı azərbaycanlıların çox qonaqpərvər olduqlarını qeyd edərək, audutoriyanın ona xüsusi zövq verdiyini bildirib.

Konsertin sonunda tamaşaçıların alqış sədaları altında bir neçə dəfə səhnəyə qayıdan ifaçı məşhur “Luna” mahnısını yenidən ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR