“Qızıl Əlcək” İdman Klubunun boksçuları milli komandaya 3 medal qazandırıb - FOTO

“Qızıl Əlcək” İdman Klubunun boksçuları milli komandaya 3 medal qazandırıb - <span style="color: red;">FOTO
# 16 may 2013 08:35 (UTC +04:00)

Bakı – APA. Mayın 10-14-də Bakıda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Yeniyetmələr Arasında Beynəlxalq Boks Turniri keçirilib. Yarışda Azərbaycan, Gürcüstan, Macarıstan, Ukrayna, Qazaxıstan, Türkiyə, Özbəkistan və İsraildən ümumilikdə 131 idmançı mübarizə aparıb.

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən APA-ya verilən məlumata görə, turnirdə Azərbaycanı milli yığma komandanın üzvləri, eyni zamanda, “Qızıl Əlcək” İdman Klubunun boksçuları – Həsənli Turan (66 kq), Tarverdili Hüseyn (70 kq) və Mehdiyev Şükran (89 kq) təmsil edib. Onlar milli yığmanın tərkibində 1 qızıl (Tarverdili Hüseyn) , 1 gümüş (Mehdiyev Şükran), 1 bürünc (Həsənli Turan) medal qazanıblar.

Tarverdili Hüseyn isə turnirin “Ən texnikalı boksçusu” adına layiq görülüb.

Medal qazanan boksçular bu ilin avqust ayında Ukraynanın paytaxtı Kiyev şəhərində keçiriləcək dünya birinciliyində Azərbaycanı təmsil edəcəklər.

Qeyd edək ki, “Qızıl Əlcək” İdman Klubunun yerli və beynəlxalq yarışlarda iştirakına “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC maliyyə dəstəyi göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR