(R)«Excelsior Hotel Shamkir»in təqdimatı keçirilib - FOTOSESSİYA

<span style="color: red;">(R) «Excelsior Hotel Shamkir»in təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 12 sentyabr 2013 07:30 (UTC +04:00)

Rəmzi qırmızı lenti kəsən dövlət başçısı «Synergy Group»da Müşahidə Şurasının sədri Riyad Hüseynovun təqdimatında mehmanxana kompleksi ilə yaxından tanış olub. Qeyri-neft sektoru, xüsusilə də, turizm və tikinti sahəsinə irimiqyaslı sərmayələrin yatırıldığı bir dövrdə regionların sosial-iqtisadi inkişafına təkan verən bu cür layihələrin reallaşdırılması ölkə iqtisadiyyatının qüdrətindən xəbər verir. Ölkə prezidenti zövqlə tikilmiş bu məkanda təqdim olunan bütün xidmətlərlə maraqlanıb, ətraflı şəkildə məlumatlandırıldıqdan sonra razılığını bildirərək tapşırıq və tövsiyələrini verib.

APA-nın məlumatına görə, sözügedən bu məkan regionlarda otelçiliyin inkişafı istiqamətində «Synergy Group»un həyata keçirdiyi mühüm layihələrdən biridir. Müasir standartlara uyğun təchiz olunmuş 54-ü standart, 4-ü superior, 4-ü suit və 1-i king suit olmaqla 63 rahat otaq qonaqların xidmətindədir. Bütün nömrələrdə ən yüksək səviyyədə istirahət üçün hər cür şərait yaradılıb. Ən son informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunan otaqların dizaynında Şəmkirin qədim xalçalarının ornamentlərindən istifadə olunub. Müasir havalandırma sistemi ilə təchiz edilmiş mehmanxana binasında yerli və dünya mətbəxinin ən dadlı təamları təqdim edilən «Baku» restoranı, həmçinin, Avstriya avadanlığı ilə üç növ pivə istehsal olunan «Brau» adlı məkan, 750 sayda yerli və xarici şərabın saxlandığı şərab evi, nəzdində türk hamamının da faliyyət göstərdiyi «Jasmine» SPA ziyarətçilərə geniş çeşiddə xidmətlər təqdim etməklə xoş istirahətlərini təmin edəcək. Həmçinin, ən müasir avadanlıqlarla təchiz olunmuş «Fərman Salmanov» konfrans zalı mötəbər yerli və beynəlxalq tədbirlərə ev sahibliyi etməyə yarayacaq. Qeyd edək ki, mehmanxananın 5-mərtəbəli binasının ümumi sahəsi 9 min kv. metrdir. Bütövlükdə, kompleks 10,2 min kv. metr sahəni əhatə edir.

Otelçilik biznesinin inkişafını özünün investisiya strategiyasının əsas istiqamətlərindən biri kimi dəyərləndirən «Synergy Group» bu sahəyə ayırdığı sərmayə vasitəsilə xüsusilə, bölgələrdə turizm xidmətlərinin keyfiyyətinin inkişafına çalışır. Beynəlxalq turizm idarəçiliyi təcrübəsini Azərbaycanda tətbiq etməklə Qrup artıq bir neçə uğurlu layihə ilə öz sözünü deyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR