«Muğan Bank»ın mənfəəti ötən il 9% artıb

«Muğan Bank»ın mənfəəti ötən il 9% artıb
# 29 yanvar 2014 09:12 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Muğan Bank» ASC-nin 2013-cü ildə əldə etdiyi gəlirlərin həcmi 43,004 mln. manat təşkil edib ki, bu da 2012-ci ilin müvafiq göstəricisindən 9,1% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 9,3% artaraq 37,572 mln. manata çatıb.

Bankın hesabatına əsasən, il ərzində «Muğan Bank» 5,432 mln. manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 8,7% çoxdur.

Qeyd edək ki, hesabat dövründə bankın faiz gəlirləri 30,803 mln. manat, qeyri-faiz gəlirləri 12,201 mln. manat, faiz xərcləri 14,652 mln. manat, qeyri-faiz xərcləri isə 19,469 mln. manata bərabər olub. Nəticədə, 2013-cü ilin yekununda «Muğan Bank»ın faiz mənfəəti 8,0% artaraq 16,151 mln. manat, qeyri-faiz zərəri 2,5 dəfə artaraq 7,268 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR