Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb

Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb
# 03 sentyabr 2013 10:08 (UTC +04:00)

Bakı – APA. 2015-ci il Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı əməliyyat şirkəti yaradılıb. Apasport.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.


O bildirib ki, BEGOC adlanan şirkətin CEO-su və 14 müxtəlif istiqamət üzrə departamentləri var. Onlardan biri də mətbuat üzrədir. Nazirin sözlərinə görə, xarici mütəxəssisin başçılıq edəcəyi sektorda yerli və təcrübəli media nümayəndələrinin də yer alacaq: “Sentyabrın axırınadək bu qurum tam formalaşacaq, bütün cavabdeh şəxslər müəyyənləşəcək. Bu işlərə sizin də dəstəyinizi gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR