Hərbi yük avtomobili qəza törədib

Hərbi yük avtomobili qəza törədib
# 04 dekabr 2013 10:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda hərbi yük avtomobili qəza törədib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 3-də saat 19 radələrində Qusar rayonu ərazisində Türkiyə vətəndaşı Tanrıverdi Zəkəriyyənin idarə etdiyi “Jeep” markalı və Fariz Əsgərovun idarə etdiyi “Zil” markalı avtomobillər toqquşub. Nəticədə T. Zəkəriyyənin xəsarət almış sərnişini, Türkiyə vətəndaşı Ərdoğan Ənvər Hüseyn xəstəxanaya yerləşdirilib.

Qusar Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1994-cü il təvəllüdlü F. Əsgərovun idarə etdiyi “Zil” markalı avtomobil Müdafiə Nazirliyinə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR