Dövlət Komitəsi ailədaxili cinsi zorakılıq hallarına qarşı cəzaların sərtləşdirilməsini təklif edib

Dövlət Komitəsi ailədaxili cinsi zorakılıq hallarına qarşı cəzaların sərtləşdirilməsini təklif edib
# 08 noyabr 2013 08:40 (UTC +04:00)

APA-nın xəbərinə görə, AQUPDK-nin sədr müavini Aynur Sofiyeva jurnalistlərə açıqlamasında bildirib ki, belə hallar ailə üzvləri tərəfindən törədildikdə onlara qarşı cəza həddinin yüksək olmasını təklif edilib: “Bununla bağlı komitə tərəfindən müvafiq nazirliklərə müraciət edilib. Onların da rəyi alındıqdan sonra yekun təkliflər Milli Məclisə göndəriləcək”.

Ailədaxili cinsi zorakılıq hallarının son zamanlar artması ilə bağlı sualı cavablandıran komitə sədri belə faktların artmadığını deyib: “Sadəcə olaraq, ola bilsin ki, əvvəllər belə bir cinayətlər baş verirdisə, onlar mətbuata çıxmırdı. Ancaq son zamanlar mətbuatın bu məsələyə diqqət yetirməsi belə halların çox işıqlandırılmasına səbəb olur. Şəxsən mən belə halların mətbuatda işıqlandırılmasını düzgün hesab etmirəm. Bu böyük bir cinayətdir və onun tez-tez mətbuatda işıqlandırılması bu məsələyə olan münasibətə də öz təsirini göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR