Bağdadda silahlılar İnsan Haqları Nazirliyinin binasını ələ keçiriblər

Bağdadda silahlılar İnsan Haqları Nazirliyinin binasını ələ keçiriblər
# 30 yanvar 2014 10:37 (UTC +04:00)

Bakı – APA. Bağdadda silahlı şəxslər İraq İnsan Haqları Nazirliyinin binasını ələ keçiriblər.

APA-nın məlumatına görə, bu barədə “Frans Press”in yaydığı xəbərdə deyilir.

Yerli hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, binaya 8 nəfər silahlı girib. Onlar nazirlikdə olan əməkdaşları girov götürüb.

Girov götürülən şəxslərin sayı və silahlıların irəli sürdüyü tələblər barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR