Bakı Metropoliteninin yeni xətləri və stansiyalarında müasir idarəetmə sistemi tətbiq olunacaq

Bakı Metropoliteninin yeni xətləri və stansiyalarında müasir idarəetmə sistemi tətbiq olunacaq
# 16 yanvar 2014 14:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakı Metropoliteninin perspektiv inkişaf planının birinci beşillik dövlət proqramında yeni xətlərin və stansiyaların inşası ən vacib məsələdir. Bu xətlərdə sınanmış ən müasir sistemlərin tətbiqi də nəzərdə tutulub. Yeni xətlərdə və stansiyalarda fərqli enerji təchizatı və idarəetmə sistemi tətbiq olunacaq, stansiyaların mikroiqlim şəraiti isə müasir sistemlərlə təchiz ediləcək. «APA-Economics»in məlumatına görə, bu haqda Bakı Metropoliteni məlumat yayıb.

Məlumatda bildirilir ki, tikilən yeni xətlərin elektrik təchizatı mövcud xətlərdəki analoqlarından tam fərqlənəcək. Bu xətlərə 35 kV-luq elektrik enerjisi şəbəkəsi xidmət göstərəcək. Bu məqsədlə dörd dizel-generatorlu yarımstansiyanın tikilməsi planlaşdırılıb. Artıq layihələndirmə işləri də tamamlanıb. Bu yarımstansiyalar 75 metro stansiyasını qidalandırmaq gücünə hesablanıb.

Yeni tipli elektrik yarımstansiyalar elektrik enerjisinin verilişi kəsilərkən, tunellərdə qalmış qatarların stansiyalara çıxarılması və sərnişinlərin boşaldılması ilə bağlı problemi aradan qaldıracaq. Stansiyalarda qurulacaq dartı və azaldıcı, tunellərdə isə dörd ventilyasiya şaxtası üzərində qurulacaq 35 kV-luq yarımstansiya bu problemi həll edəcək.

Yeni xətlərdə stansiyaların yerli mikroiqlim şəraitinin yaradılması üçün mərkəzləşdirilmiş havalandırma və kondisionerləşdirmə sulu (çiller) sistemlərinin müasir texnologiyalara uyğun quraşdırılması da nəzərdə tutulub. O, sistemlərin avtomatik tənzimlənməsi, mərkəzləşmiş dispetçer idarəetməsi və məlumatları toplayan telemexanika sistemi vasitəsi ilə təmin ediləcək.

Bununla da, sərnişinlər və metro işçilərinin normal mikroiqlim şəraitinə tələbatı müasir normativlərin tələblərinə uyğunlaşmış olacaq.

Bundan başqa, Bakı metrosunda yeni tikilən xətlərdə qatar hərəkətinin avtomatika və telemexanika sistemi elektron avadanlıqlarla təchiz olunacaq. Belə ki, yeni sistemin üstün cəhətləri sırasında iritutumlu avadanlıqların kiçik ölçülü mikroprosessor və digər elektron analoqları ilə əvəzlənməsindən ibarətdir. Nəticədə, avtomatlaşdırılmış iş yerlərinin yaradılması, müasir əsaslardan irəli gələrək daha səmərəli olacaq və xeyli asanlaşacaq.

Avadanlıqların həcmi az olsa da, kompüter bazasında təşkil edildiyindən onun məhsuldarlığı, səmərəsi əvvəlkilərdən qat-qat yüksəkdir. Yeni sistemlərin köməyi ilə həm də qatarların yerinin təyin olunması, sürətə nəzarət və s. kimi məsələlər həllini tapacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR