Dow Jones və Nasdaq 0,1% yüksəlib, S&P 500 0,1% enib

Dow Jones və Nasdaq 0,1% yüksəlib, S&P 500 0,1% enib
# 26 noyabr 2013 07:14 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 16 073 bəndədək, S&P 500 0,1% - 1 803 bəndədək enib, Nasdaq 0,1% - 3 995 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında noyabrın 25-də FTSE 100 indeksi 0,3% - 6 697 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 299 bəndədək, Fransa CAC-40-ı isə 0,4% - 4 296 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 251,90 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3531 dollar (-0,2%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR