Cənubi Afrika Respublikası Azərbaycanda səfirlik açmağı planlaşdırır

Cənubi Afrika Respublikası Azərbaycanda səfirlik açmağı planlaşdırır
# 13 noyabr 2013 09:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Cənubi Afrika Respublikası (CAR) Azərbaycanda səfirlik açmağı planlaşdırır. Bu barədə APA-ya diplomatik mənbələrdən məlumat verilib.

Bakıda yerləşəcək səfirlik CAR-ın Qafqaz və Mərkəzi Asiya bölgəsi ilə əlaqələrinə məsul olacaq. CAR-ın Türkiyə səfirliyinin cavabdeh olduğu bu ərazilər Azərbaycandakı səfirliyə həvalə olunacaq.

Hazırda səfirliyin açılması istiqamətində işlər aparılır. Bununla bağlı müvafiq qərar isə gələn il CAR-da keçiriləcək parlament seçkilərindən sonra qəbul ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR