Sabah Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 8-ci iclası keçiriləcək

Sabah Bakıda Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 8-ci iclası keçiriləcək
# 11 noyabr 2013 18:45 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Sabah, noyabrın 12-də Bakıda iqtisad-ticarət əməkdaşlıq üzrə Azərbaycan-Belarus hökumətlərarası komissiyasının 8-ci iclası keçiriləcək. Belarusun Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, iclas Belarus baş nazirinin I müavini Vladimir Semaşko və Azərbaycan baş nazirinin I müavini Eyyub Yaqubovun sədrliyi ilə baş tutacaq.

Belarus nümayəndə heyətinin tərkibində Azərbaycana xarici işlər, arxitektura və tikinti, sənaye, nəqliyyat və kommunikasiyalar, kənd təsərrüfatı və ərzaq kimi nazirliklərin rəhbərləri gələcək.

İclasda birgə kooperasiya layihələrinin reallaşdırılması, elm, təhsil, səhiyyə, tikinti və aqraq sektorda əməkdaşlığın durumu və perspektivləri müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR