Bakıda avtobus piyadanı vuraraq öldürüb

 Bakıda avtobus piyadanı vuraraq öldürüb
# 19 noyabr 2013 08:56 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 18-i saat 19:30 radələrində Sabunçu rayonu Gəncə küçəsində Bakı şəhər sakini Mövlaqulu Quliyev idarə etdiyi «İsuzu» markalı avtobusla Qəndab Musayevanı vurub. Xəstəxanaya aparılan piyada orada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR