Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib - FOTO

Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib - <span style="color: red;">FOTO
# 31 yanvar 2014 09:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyi ilə əlaqədar Müsavat Partiyası Rəsulzadənin Novxanı kəndindəki abidəsi önündə mitinq keçirib.

APA-nın məlumatına görə, partiya rəhbərliyi və fəalları abidənin önünə əklil qoyub, Rəsulzadənin ruhunu yad ediblər.

Müsavat Partiyasının başqanı İsa Qəmbər, Türkiyədəki Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı çıxışlarında Rəsulzadənin Azərbaycan müstəqillik tarixindəki rolundan danışıb, onu Azərbaycanının qurucusu, ziyalı, ictimai xadim kimi xarakterizə ediblər.

Mitinqdə Müsavat Partiyasının 50-dək üzvü iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR