Azərbaycanın CAR paytaxtında təşkil edilmiş yarmarkada iştirak edib - FOTOSESSİYA

Azərbaycanın CAR paytaxtında təşkil edilmiş yarmarkada iştirak edib - <span style="color: red;">FOTOSESSİYA
# 14 oktyabr 2013 10:38 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi ölkənin Yohannesburq şəhərində CAR-ın Türk İş Adamları Birliyi tərəfindən təşkil edilmiş yarmarkada iştirak edib.

Səfirlikdən APA-ya verilən məlumata görə, hər il təşkil edilən ənənəvi yarmarkanın əsas məqsədi CAR-da fəaliyyət göstərən türkiyəli iş adamlarının, təhsil ocaqlarının və digər sahələrdə fəaliyyət göstərən nümayəndələrinin bir araya toplaşaraq gördükləri işləri nümayiş etdirmək və ümumilikdə Türk dilli xalqların mədəniyyətini təbliğ etmək məqsədi daşıyır.

Səfirliyin apardığı danışıqlar nəticəsində artıq ikinci dəfə olaraq sözügedən yarmarkada Azərbaycanın CAR-dakı səfirliyi də öz guşəsi ilə iştirak edib. Səfirlik Azərbaycan üçün ayrılmış hissədə ölkəmizin tarixini və müasir dövrünü əks etdirən fotoşəkillər, Heydər Əliyevin 90 illiyinə həsr edilmiş məlumatlar, Heydər Əliyev Fondunun çap materialları, xalçalar, kitablar, milli yeməklər və mədəniyyətimizi əks etdirən digər əşyaları nümayiş etdirib. Səfirliyin guşəsində 2012-ci ildə Pretoriya şəhərində təsis edilmiş “CAR-da Azərbaycanın dostları” təşkilatın da təbliğat materialları yer alıb. Ziyarətçilərə ölkəmiz barəsində məlumat kitabçaları və yeni yaranmış təşkilatın bukletləri, milli suvenir və yeməklərimiz paylanılıb. Səfir E.Poluxov “Türk Hava Yolları” şirkətinin təşkil etdiyi xeyriyyə lotereyasında iştirak etmiş və yerli KİV-ə ölkəmizlə bağlı müsahibə verib. Yarmarka zamanı səfirliyin nəzdində fəaliyyət göstərən rəqs qrupu tərəfindən qonaqlara müxtəlif Azərbaycan milli rəqsləri nümayiş olunub.

Qeyd edək ki, bu yarmarka Yohannesburqda keçirilən ən iri kütləvi tədbirlərdən biridir və onu gün ərzində on minlərlə insan ziyarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR