ABŞ Suriya müxalifətini atıcı silahlarla təchiz edəcək

ABŞ Suriya müxalifətini atıcı silahlarla təchiz edəcək
# 28 yanvar 2014 08:47 (UTC +04:00)

Bakı – APA. ABŞ Konqresi Suriya müxalifətinin atıcı silahlarla təchiz edilməsinə icazə verib.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, müvafiq qərar Konqresin qapalı iclasında qəbul olunub.

Silah təchizatı ilə bağlı əməliyyatlar maliyyə ilinin sonunadək, yəni sentyabrın 30-dək davam edəcək.

Silahlar İordaniya ərazisi ilə Suriyanın cənubunda cəmləşən loyal müxalifət qüvvələrinə çatdırılacaq. Atıcı silahlarla yanaşı onlar həmçinin tankəleyhinə raketlərlə təchiz olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR