Ukrayna Rusiyaya olan qaz borcuna görə yalnız 15 mln. dollar ödəyəcək

Ukrayna Rusiyaya olan qaz borcuna görə yalnız 15 mln. dollar ödəyəcək
# 08 noyabr 2013 04:40 (UTC +04:00)

Bakı-APA. Ukraynanın “Naftoqaz” şirkəti oktyabr ayında alınan qaza görə Rusiyanın “Qazprom” holdinqinə 15 mln. dollar ödəyəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın “UNİAN” agentliyi “Naftoqaz” şirkətindəki mənbəyə istinadən xəbər verib.

“"Naftoqaz" oktyabrın ayına görə “Qazprom”a 15 milyon dollar ödəyəcək və bu məbləğ oktyabrda “Qazprom”dan alınan qazın həcminə uyğundur”, deyə mənbə bildirib.

Qeyd edək ki bundan əvvəl “Qazprom”un rəsmi nümayəndəsi Sergey Kupriyanov bildirib ki, razılaşmaya əsasən “Naftoqaz” noyabrın 7-də oktyabr ayında alınan qaza görə 1,355 mlrd. dollar ödəməlidir.

Qeyd edək ki, Ukrayna və Rusiya arasında “enerji əlaqələri” Kiyevin Avropa Birliyi ilə Assosiasiya müqaviləsinin imzalanması ərəfəsində gərginləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR