Londonda “Many Happy Returns” adlı kampaniyanın təqdimatı keçirilib

Londonda “Many Happy Returns” adlı kampaniyanın təqdimatı keçirilib
# 14 mart 2014 11:56 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, bu innovativ konsepsiyanın məqsədi Böyük Britaniya Parlamentdəki millət vəkilləri və zadəganların hər birinə ad günü münasibətilə təbrik açıqcalarının göndərilməsidir.

Açıqcanın üzərində “Many Happy Returns” deyə ingilis sayağı təbrik mesajı yazılıb ki, bu eyni zamanda öz doğma ocaqlarına qayıtmaq istəyən insanların da arzularının həyata keçməsi üçün edilən duadır. Hər bir açıqcanın üzərində kartın ünvanlandığı şəxslə eyni gündə anadan olmuş qaçqın və ya məcburi köçkünün məşhur alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotosu və şəxsi mesajı yerləşdirilib.

Təbrik açıqcaları aşağıdakı web ünvanda yerləşdirilib və bu ideyanı dəstəkləyənlər keçid vasitəsilə qeydiyyatdan keçib Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat əldə edib, qaçqın və məcburi köçkünlərin acı taleyi ilə tanış ola bilərlər:

www.manyhappyreturnsIDP.com.

Qeyd edək ki, Avropa Azərbaycan Cəmiyyətinin Avropanın müxtəlif ölkələrində yerləşən nümayəndəlikləri bu konsepsiyanın yayılmasında yaxından iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR