Saatlı və Bərdədə ev yanıb

Saatlı və Bərdədə ev yanıb
# 05 avqust 2013 18:12 (UTC +04:00)

Bakı-APA. Bu gün Saatlı və Bərdədə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonunun Əliabad kəndində (rayon mərkəzindən 40 km aralı) hər mərtəbəsi 135 kv.m olan 2 mərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Nəticədə evin taxta konstruksiyalardan ibarət 2-ci mərtəbəsi və 1 otaqda olan ev əşyaları 135 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bərdə şəhərində isə yanğın ümumi sahəsi 110 kv.m olan 1 mərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin mətbəxinin tavanı və dam örtüyü 24 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR