Avropa Birliyi ölkələri İranla nüvə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsini alqışlayıblar

Avropa Birliyi ölkələri İranla nüvə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsini alqışlayıblar
# 13 yanvar 2014 10:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Avropa Birliyi, ABŞ, Almaniya və Böyük Britaniya İranla “altılıq” ölkələri arasında Cenevrə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsi barədə razılığın əldə olunmasını alqışlayıblar.

APA-nın məlumatına görə, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton bir bəyanat yayaraq, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) İranın nüvə proqramına nəzarət etməyə çağırıb.

Onun sözlərinə görə, qısa müddət ərzində gerçəkləşdirilən üç dövr müzakirələrdən sonra tərəflər lazımi addımların atılması barədə razılığa gəliblər və Cenevrə razılaşmasına uyğun olaraq 6 ay müddətində Birgə Fəaliyyət Planının həyata keçirilməsi üçün güclü baza formalaşdırılıb.

Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer nüvə anlaşmasının icraya yönəlməsindən razılığını ifadə edərək, bu razılaşmanı irəliyə doğru qətiyyətli addım adlandırıb.

Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq vurğulayıb ki, Cenevrə razılaşmasının yanvarın 20-də icraya yönəlməsi İranın nüvə məsələsinin dinc yolla həlli istiqamətində atılan mühüm bir addımdır.

Qeyd edək ki, “İranla “altılıq” ölkələri Cenevrə razılaşmasının yanvarın 20-dən icraya yönəlməsi barədə razılığa gəlib. Beləliklə, Qərb İrana qarşı tətbiq etdiyi sanksiyaları dayandıracaq, İran da uranın 20% zənginləşdirilməsini təxirə salacaq. Eyni zamanda İranın ölkə xaricindəki dondurulmuş mal varlığının 4,2 milyard dolları 6 ay müddətində və 8 addımda azad ediləcək. Bundan əlavə, bir il ərzində 20% zənginləşdirilmiş uran texniki səbəblərdən dolayı azaldılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR