Hüquq müdafiəçiləri Penitensiar Xidmətin rəisi ilə görüşüblər

Hüquq müdafiəçiləri Penitensiar Xidmətin rəisi ilə görüşüblər
# 05 oktyabr 2013 11:36 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev İnsan Hüquqları Üzrə Monitorinq Qrupunun üzvləri Novella Cəfərova və Səadət Bənənyarlını qəbul edib.


Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı qeyd olunub ki, Penitensiar Xidmətin işinin müasir tələblərə uyğun qurulması, xidmətin bütün aidiyyəti istiqamətlərdə fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verilir.

Monitorinq qrupunun üzvləri - Novella Cəfərova və Səadət Bənənyarlı səmərəli əməkdaşlığa, monitorinqlərin keçirilməsinə yaradılmış şəraitə və başçəkmələr zamanı ortaya çıxan məsələlərin operativ həllinə görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti, məhkum və təqsirləndirilən şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məsələlərinə dair suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR