Azərbaycan Dunay festivalına dəvət alıb

Azərbaycan Dunay festivalına dəvət alıb
# 23 iyun 2014 16:12 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən APA-ya verilən məlumata görə, 10-dan çox ölkənin qatılacağı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb.

Azərbaycanı mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı və ayrıca Azərbaycan musiqisi gecəsinin təşkili nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR