BMT baş katibi: “BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların azaldılması məsələsini nəzərdən keçirir”

BMT baş katibi: “BMT Təhlükəsizlik Şurası İrana qarşı sanksiyaların azaldılması məsələsini nəzərdən keçirir”
# 29 noyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. BMT Təhlükəsizlik Şurası İrana qarşı tətbiq etdiyi sanksiyaların azaldılması məsələsini nəzərdən keçirir.

APA-nın İRNA-ya istinadən məlumatına görə, bunu BMT-nin baş katibi Pan Gi Mun bildirib.

Onun sözlərinə görə, İranla “altılıq” ölkələri arasında aparılan nüvə müzakirələrinin razılaşma ilə nəticələnməsindən sonra BMT Təhlükəsizlik Şurasının tezliklə İranla bağlı toplantısı keçiriləcək: “Danışıqların nəticələrinə əsasən, BMT Təhlükəsizlik Şurası İrana qarşı tətbiq etdiyi sanksiyaların bir hissəsinin ləğv edilməsi haqda qərar verəcək. Mən həm İranın, həm də BMT Təhlükəsizlik Şurasının Cenevrə razılaşmasına uyğun olaraq əməli addımlar atmasını gözləyirəm. Nüvə razılaşması İrana bir daha beynəlxalq enerji bazarının fəal iştirakçısına çevrilməyə imkan verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR