Cəlilabadda ər arvadını bıçaqlayıb - YENİLƏNİB

Cəlilabadda ər arvadını bıçaqlayıb - <span style="color: red;">YENİLƏNİB
# 23 oktyabr 2013 12:33 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, 30 yaşlı Cəlilabad şəhər sakini Mail Əzizağa oğlu Məmmədov ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 19 yaşlı Jalə Eldar qızı Mehdiyevaya qarın nahiyəsindən iki bıçaq zərbəsi vurmaqla ağır bədən xəsarəti yetirib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törətmiş Mail Məmmədov isə yaxalanaraq istintaq orqanlarına təhvil verilib.

Şahidlərin sözlərinə görə, xasiyyətləri tutmayan cütlük boşanmaq fikrinə düşüb. Dava-dalaş isə onların 1,5 yaşında olan oğlan uşağına görə baş qaldırıb. Ata körpəni özündə saxlamaq fikrində qəti olub.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR